Norveç Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərdi



 18:31 05.01.2023     342

Norveç Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Björn Arild Gram dövlət televiziyasına açıqlamasında belə deyib. O bildirib ki, Ukraynanın müdafiəyə çox ehtiyacı var və bu səbəbdən ölkəyə 10 min uzaq mənzilli artilleriya mərmisi göndərilib. Rusiya ilə müharibə başladığı gündən bu yana Ukraynaya 600 min avroluq hərbi yardım göndərdikləri barədə məlumatı paylaşan Qram bildirib ki, Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə imkan vermək olmaz. Qram Ukraynaya göndərdikləri artilleriya mərmilərinin uzaq məsafədəki hədəfləri vura bildiyini, mərmilərin M109 özüyeriyən haubitsalarında istifadə edildiyini qeyd edib.

Bahadur Seyidov