BMT-dən Suriya ilə bağlı çağırış



 20:03 05.01.2023     358

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyada müxalifətin nəzarətində olan bölgələrə humanitar yardım göndərilməsini nəzərdə tutan qətnaməni uzatmasa, milyonlarla insan əziyyət çəkəcək.

Demedia.az xəbər verir ki, BMT nümayəndəsi Stefan Dujarrik belə açıqlama verib. O bildirib ki, başa çatmaq üzrə olan humanitar yardım proqramının müddəti uzadılmalıdır. Stefan Dujarrik BMT-nin Türkiyə sərhədindən Suriyaya etdiyi  yardımların hər ay orta hesabla 2,7 milyon insana çatdığını qeyd edib.

2023-cü ildə təxminən 15,3 milyon insanın humanitar müdafiəyə və yardıma ehtiyacı olacağını qeyd edən BMT rəsmisi, bu rəqəmin 2011-ci ildən bəri ən yüksək göstərici olduğunu açıqlayıb.

Bahadur Seyidov