"Nümayəndələr Palatasının ardıcıl üç dəfə sədr seçə bilməməsi utancvericidir" - Bayden



 21:01 05.01.2023     397

“Nümayəndələr Palatasının ardıcıl üç dəfə sədr seçə bilməməsi ABŞ üçün yaxşı mənzərə deyil”.

Demedia.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, respublikaçıların lideri Kevin Makkartinin partiyasından kifayət qədər səs ala bilmədiyi üçün Nümayəndələr Palatasının sədri seçilə bilməməsi və Palatanın fəaliyyətə başlaya bilməməsi ölkə üçün yaxşı mənzərə deyil.

"Bu işin bu qədər uzun sürməsinin utanc verici olduğunu düşünürük" deyən Bayden respublikaçıların birlikdə hərəkət edərək bu böhrandan çıxa biləcəyinə ümid etdiyini ifadə edib.

Bahadur Seyidov