Nümayəndələr Palatası sədr seçə bilmir



 17:42 05.01.2023     310

ABŞ-ın Nümayəndələr Palatasında keçirilən səsvermənin 6-cı turunda sədr seçilə bilmədiyi üçün yeni səsvermə təxirə salınıb.

Demedia.az xəbər verir ki, iki gündür sədr seçə bilməyən Nümayəndələr Palatası bu səbəbə görə fəaliyyət göstərə bilmir. Nümayəndələr Palatası 216 lehinə, 214 səs əleyhinə olmaqla seçkilərin 7-ci turunun təxirə salınmasına qərar verib.

Qeyd edək ki, respublikaçıların irəli sürdüyü namizəd Kevin Makkarti sədr seçilmək üçün öz partiyasından lazımi dəstəyi ala bilməyib. Makkarti 201 səs toplayıb. Ona səs verməməkdə israr edən 20 respublikaçı Bayron Donaldsa səs verib.

Bahadur Seyidov