Çobanyastığı çayı içənlər OXUSUN: 1 fincan qaynar suda...



 23:11 06.01.2023     642

Orqanizm üçün faydalı bitkilərdən biri də çobanyastığıdır.

Demedia.az xəbər verir ki, çobanyastığöının çayı xüsusilə faydalıdır.

Çobanyastığı ağrıkəsici və iltihabəleyhinə istifadə edilir, eyni zamanda sakitləşdiricidir.

Bundan başqa çobanyastığı ağır, yağlı qıdaların qaraciyərə olan ziyanını azaldır, sidik yollarını açır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Çobanyastığı çayını dəmləmək üçün 1 ç.q quru çobanyastığı 1 fincan qaynar suda adi çay kimi dəmləyin, 15 dəqiqədən sonra süzün və bal əlavə edib yatmazdan qabaq için.

Aysun / Demedia.az