Çin və Pakistan əməkdaşlığı sıxlaşdırmaq istəyir



 10:25 06.01.2023     314

Pakistanın Baş naziri Şahbaz Şərif və Çin Dövlət Şurasının rəhbəri Li Keqiang arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlığı sürətləndirmək barədə razılığa gəliblər. 2022-ci ilin noyabrında Çinə səfər etdiyini xatırladan Şərif, İslamabadın Pekinlə əlaqələri inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Regional məsələlərin də müzakirə olunduğu görüşdə Şərif Çin-Pakistan İqtisadi Dəhlizinin vaxtında başa çatdırılmasının vacibliyinə diqqət çəkib.

Şərif Lini əmin edib ki, İslamabad çinli investorlar üçün tamamilə təhlükəsiz və əlverişli biznes mühiti təmin edəcək. Li isə bildirib ki, İslamabad təkcə strateji dost deyil, eyni zamanda  Pakistanın sabitliyi və iqtisadi rifahı bölgə və Çin üçün çox önəmlidir.

Bahadur Seyidov