Ukraynanın masada mövqeyi güclü olmalıdır - Stoltenberq



 14:35 06.01.2023     336

“Rusiya ilə sülh danışıqları aparmaq üçün Ukraynanın masada mövqeyi güclü olmalıdır. Bu isə Ukraynaya silah dəstəyi ilə mümkün olacaq”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, müharibələrin əksəriyyəti danışıqlar masasında yekunlaşır və bu müharibə də böyük ehtimalla bu şəkildə bitəcək.

"Ukraynalıların masa arxasında nəyə nail ola biləcəyi onların döyüş meydanındakı gücündən asılıdır. Əgər biz Ukraynanın Avropada müstəqil demokratik ölkə olaraq qalmasını istəyiriksə, buna nail olmağın ən sürətli yolu Ukraynanı dəstəkləməkdir. Sülhə gedən yol əslində silahlardan keçir. Müharibə bitsə belə, Rusiya ilə münasibətlərimizdəki problemlər qalacaq” -  Stoltenberq deyib.

Bahadur Seyidov