Rusiyanın hipersəs raketləri ilə təchiz edilmiş ilk döyüş gəmisi istifadəyə verildi



 11:25 06.01.2023     332

Rusiyanın hipersəs raketləri ilə təchiz edilmiş ilk döyüş gəmisi istifadəyə verilib.

Demedia.az xəbər verir ki, tədbirə onlayn formada qatılan Prezident Vladimir Putin bildirib ki, hipersonik raketlərin tayı bərabəri yoxdur. Onun sözlərinə görə, bənzəri olmayan bu raketlər Rusiyanı mümkün təhlükələrdən müdafiə edəcək. Tədbirdə çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, gəmi Aralıq dənizi ilə yanaşı, Atlantik və Hind okeanlarında da xidmət göstərəcək. Gəmi heyətinin “Zirkon” hipersəs raketləri ilə yanaşı qanadlı raketlərlə də təlimlər keçəcəyini deyən Şoyqu, hipersəs raketlərinin qarşısını ala biləcək müdafiə sistemlərinin olmadığını ifadə edib.

Qeyd edək ki, min kilometrdən çox mənzilə malik olan “Zirkon” raketləri səs sürətindən 9 qat daha çox sürətə çata bilir. Rusiya bu yüksək sürətə görə raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilməsinin qeyri-mümkün olduğunu iddia edir.

Bahadur Seyidov