Liviyada böyük razılaşma



 20:02 06.01.2023     332

Liviya Nümayəndələr Palatasının sədri Akile Saleh və Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri ölkənin üçün yeni yol xəritəsinin tezliklə açıqlanacağını və konstitusiya sənədi üzərində razılığın əldə olunduğunu bildiriblər.

Demedia.az xəbər verir ki, bu barədə tərəflər Qahirədə Misir parlamentinin sədri Hanefi Cibali ilə üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyiblər. Akile Saleh bildirib ki, Liviyada seçkilərin hökumətin nəzarəti altında keçirilə bilməsi üçün ölkədə vahid hakimiyyətə ehtiyac var. Yeni prosedurların təyini üçün mexanizmin qurulacağını qeyd edən Salih, iki parlament arasında yeni səlahiyyətin olacağını deyib.

Hər iki məclisin rəyinə və qanunlara uyğun olaraq lazımi prosedurların həyata keçiriləcəyini deyən Saleh bildirib ki, yeni prosedurlar seçkilərin necə tamamlanacağını, qurumların necə birləşdiriləcəyini və bu kimi məsələləri əhatə edəcək.

Bahadur Seyidov