Ukrayna Rusiyanın atəşkəs təklifini rədd etdi



 12:33 06.01.2023     335

Ukrayna tərəfi Rusiyanın 36 saatlıq atəşkəs təklifinə münasibət bildirib.

Demedia.az xəbər verir ki, Ukraynanın Prezident Aparatının müşaviri Mixail Podolyak Prezident Vladimir Putinin 36 saatlıq atəşkəs təklifinə “ikiüzlülüyünü özündə saxla” sözləri ilə cavab verib. O bildirib ki, Rusiya işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti atəşkəs olacaq.

Qeyd edək ki, Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə bu gündən etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Kremlin yazılı açıqlamasına görə, Putin Ukraynada ortodoksların Milad bayramı ilə əlaqədar olaraq Müdafiə Nazirliyinə müvəqqəti atəşkəs əmri verib.

Bahadur Seyidov