Minnesota senatının ən gənc müsəlman qadını Qurana and içərək fəaliyyətə başladı



 18:31 06.01.2023     320

ABŞ-ın Minnesota ştatının yerli məclisinə seçilən ən gənc müsəlman qadın Zeynep Mohamed Qurana and içərək fəaliyyətə başlayıb.

Demedia.az xəbər verir ki, 1997-ci ildə anadan olan müsəlman qadın Zeynep Mohamed, eyni vaxtda ilk dəfə bu ştatın senatına seçilən üç qaradərili nümayəndədən biri olub. Zeynep Mohamed bildirib ki, o, aşağı təbəqədən olan ailədə anadan olub. Somalili mühacir olan Zeynep Mohamed Demokrat Partiyasının üzvüdür və senatda kasıb təbəqənin hüquqlarını müdafiə etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl somalili mühacir İlhan Ömər də Minnesota ştatında Nümayəndələr Palatasının üzvü olub. 2018-ci ildə ABŞ Konqresinə seçilən Ömər 2022-ci il seçkilərində də postunu qoruyub.

Bahadur Seyidov