Rusiyanın birtərəfli şəkildə atəşkəs elan etməsi... - DETALLAR



 15:04 06.01.2023     566

Rusiyanın birtərəfli şəkildə atəşkəs elan etməsi əlavə qüvvələrini səfərbər edərək yeni hücumlara hazırlaşmaqdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ukraynanın əks-hücumları və təşəbbüsü ələ alması fonunda belə bir atəşkəs Ukraynanın maraqlarına cavab vermir:

"Atəşkəs yalnız Rusiya ordusunun Ukrayna ərazilərindən qrafiklə çıxması fonunda Kiyevin maraqlarina cavab verir.

V. Putin R. Tayyib Ərdoğandan xahişi belə bir situasiyanı yaratdı. Son günlər Ukraynanın ciddi hücumlari V. Putini atəşkəsə getməyə məcbur edib. Bu, Rusiyanın məğlubiyyətidir.

Rusiyanın təklif etdiyi şərtlər fonunda atəşkəs danışdıqlar real görünmür. Ümumiyyətlə, Vaşinqton da atəşkəsi qəbul etməyəcək. Aktiv döyüş əməliyyatları yenidən daha da kəskin şəkildə davam edəcək".

Xəyalə Məmmədova / Demedia.az