Avropa son 100 ilin ən soyuq qışını niyə yaşamadı?



 16:01 06.01.2023     565

Avropa son 100 ilin ən soyuq qışını yaşayacaq, qırılacaqlar deyirdilər. Amma biz deyirdik ki, hər zaman mənfi proqnozlar qəsdən şişirdilir.

Demedia.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, mənfi proqnoz siyasi və iqtisadi maraqlara xidmət edir:

"Mətbuat isə oxucu psixologiyasına fokuslandığı üçün onu yayır. Çünki insanlar pis xəbərlər oxumağa daha meyllidirlər.

O ki qaldı, konkret qışa, BBC göstərir ki hazırda Avropa son illərin ən isti qışlarından birini keçirir. Tempraturun 20 dərəcəyə yaxınlaşdığı ölkələr var. Buna görə də qaza tələb də azalıb. Ehtimal ki, martdan sonra qaz qiymətlərində artımlar yüksələcək. Çünki boşalan anbarlar əsasən apreldə doldurulur.

2023 barəsində məqsədli yayılan mənfi proqnozları ciddiyə alıb qorxu həyəcan yaşamağa dəyməz. Təkcə bir faktı nəzərə alın ki 2021 və 2022 başlayan da BMT-dən üzü AİYB-ə qədər hamı fəlakət, aclıq proqnoz edirdilər. Düzdüz, problem yaşandı, amma verilən proqnozlar dünyanın yaşadığından on dəfə daha dəhşətli idi. Odur ki, sabah ilk iş gününə başlarkən (hamıya uğurlar!) 2023 barəsində deyilən qorxularla yox, daha nikbin başlamaq lazımdır. Sadəcə ölkəmizdə 2023-ün daha da uğurlu olması üçün ən vacib 2 şərt var. Birinci şərt fəhlədən həkimə, müəllimdən məmura qədər hər kəsin işində, mövqeyində vicdanlı olması, ikinci şərt isə neft-qaz qiymətlərinin yüksək olmasıdır. İkinciyə əminəm, amma birinci haqda nəsə demək çətindir".

Xəyalə Məmmədova / Demedia.az