Süveyş kanalında saya oturan yük gəmisi yenidən üzməyə başladı



 15:45 09.01.2023     342

Misirdə Süveyş kanalında saya oturan yük gəmisi yenidən üzməyə başlayıb. 

Demedia.az xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının sədri Osame Rabie açıqlama verib. O bildirib ki, Ukraynadan Çinə istiqamətində üzən gəmi Suveyş kanalında quruya oturub. Lakin dərhal məsələyə müdaxilə edilib. Tədbirlər nəticəsində gəminin hərəkəti yenidən təmin edilib. Gəmidə 65 min ton qarğıdalıolub.

Qeyd edək ki, bundan əvvəl nəhəng konteyner gəmisi “The Ever Given” qum fırtınası və əlverişsiz hava şəraiti səbəbindən Süveyş kanalında sahilə çırpılmışdı.

Bahadur Seyidov