Tayvan Çinin ada ətrafında təşkil etdiyi son hərbi təlimləri pislədi



 17:01 09.01.2023     314

Tayvan Çinin ada ətrafında təşkil etdiyi son hərbi təlimləri pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın rəsmi mənbələri məlumat yayıb. Bildirilib ki, Tayvan boğazında və bölgədə sülhün, sabitliyin təmin olunmasında Tayvanla yanaşı Çinin üzərinə də məsuliyyət düşür. Ada ətrafında son hərbi təlimlərin pisləndiyi bəyanatda Tayvanın münaqişələri böyütməyəcəyi və qarşıdurmalara səbəb olmayacağı qeyd edilib. Açıqlama deyilir ki, Tayvan suverenliyini və təhlükəsizliyini müdafiə etməkdə qərarlıdır.

Qeyd edək ki, Tayvan Çinə məxsus 28 döyüş təyyarəsinin ölkə ərazisinə daxil olduğunu açıqlayıb.

Bahadur Seyidov