Sudanda ordu hakimiyyətdən gedir



 20:35 09.01.2023     361

Sudan ordusu siyasi səhnədən çəkilməyə qərarlıdır və silahlı qüvvələr seçkilərdən sonra hakimiyyətə tabe olacaq.

Demedia.az xəbər verir ki, Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan belə açıqlama verib. O bildirib ki, Sudan xalqının azadlıq, sülh və ədalət istək və arzularına cavab verən sivil, demokratik hökumət qurulacağına ümid edir.

Qeyd edək ki, paytaxt Xartumdakı Dostluq Konqres zalında hərbi və mülki partiyalar yeni hökumətin qurulmasını müzakirə etmək üçün bir araya gəliblər. Hərbi və mülki qruplar beynəlxalq tərəflərin təşəbbüsləri ilə imzalanan sazişdən sonra yeni yeni hökumətin qurulmasını təmin edəcək danışıqların ikinci mərhələsinə başlamaq üçün razılaşıblar.

Bahadur Seyidov