Çin kosmosa yeni peyklər buraxdı



 18:31 09.01.2023     320

Çin kosmosa orbital texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulan “Shicien” peyklərini göndərib.

Demedia.az xəbər verir ki,  peyklər "Long March 7" daşıyıcı raketi ilə Haynan adasından buraxılıb. “Sinxua” agentliyinin xəbərinə görə, peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər. “Shicien-23” elmi təcrübələrdə və texniki yoxlama proseslərində, “Shicien-22A” və “Shicien-22B” isə kosmik mühitin monitorinqi kimi orbital texnologiyaların sınaqdan keçirilməsində istifadə olunacaq.

Bu, “Long March” raketləri ilə kosmosa 459-cu uğurlu  uçuş olub. Çin hökuməti kosmosa buraxılan yeni peyklərin detalları barədə ətraflı məlumat açıqlamayıb.

Bahadur Seyidov