Zelenski: Cəbhədə ağır döyüşlər gedir



 15:54 09.01.2023     307

Ukrayna prezidenti Vladimir Zelenski Luqansk və Donetsk vilayətlərində şiddətli toqquşmaların davam etdiyini bildirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, yeni ilin ilk günləri cəbhədə şiddətli toqquşmalar müşahidə edilib. Zelenskinin sözlərinə görə, əsasən Baxmut və Soledar şəhərləri istiqamətində döyüşlər daha irimiqyaslıdır. Sözügedən şəhərlərin Ukrayna ordusunun nəzarətində olduğunu bildirən Zelenskinin sözlərinə görə, Rusiya ordusunun intensiv hücum cəhdlərinə baxmayaraq Ukraynanın müdafiə qüvvələri geri çəkilməyib.

Zelenski həmçinin Rusiyanı atəşkəsə əməl etməməkdə günahlandırıb.

Bahadur Seyidov