Serbiyanın Kosovoya qoşun göndərmək tələbi rədd edildi



 16:24 09.01.2023     325

Serbiyanın Kosovoya qoşun və polis göndərmək tələbi NATO-nun Kosovodakı Sülh Missiyası tərəfindən rədd edilib.

Demedia.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama verib. O bildirib ki, NATO-nun Kosovodakı Sülh Missiyasının belə qərar qəbul edəcəyi gözlənilən idi. “Kosovonun cənubunda serblərə edilən silahlı hücumdan sonra beynəlxalq ictimaiyyətin ümayəndələrindən heç bir mesaj almadım. Serblərə atəş açılması onları narahat etmədi. Bu, onların serb xalqına münasibətini ortaya qoyur. Mən NATO-nun Kosovodakı Sülh Missiyasından fərqli cavab gözləmirdim” - Vuçiç deyib.

Bahadur Seyidov