Rusiyanın bu kartı iflasa uğrayır - Politoloq açıqladı



 17:05 10.01.2023     546

Azərbaycanın prinsipial mövqeyi nəticəsində Rusiya R. Vardanyanı Qarabağdan çıxarmağa məcbur olacaq.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məhz R. Vardanyan Qarabağa göndərilməklə Azərbaycanın reinteqrasiyası prosesinin qarşısını alaraq ədavəti qızışdırıcı mövqeyə gətirməkdir:

"Artıq Rusiyanın bu kartı iflasa uğrayır və R. Vardanyanın burada Kremlin təlimati ilə hərəkətləri yerli ermənilər tərəfindən qəzəblə qarşılanır. Ermənistan tərəfi də sabotaj siyasəti ortaya qoyub. Proseslər mürəkkəb bir vəziyyətdədir".

Xəyalə Məmmədova / Demedia.az