Nümayəndələr Palatasında mühüm dəyişikliklər qəbul edildi



 14:47 10.01.2023     309

Respublikaçıların çoxluq təşkil etdiyi ABŞ-ın Nümayəndələr Palatasında mühüm dəyişiklikləri ehtiva edən yeni parlament nizamnaməsi qəbul edilib.

Demedia.az xəbər verir ki, 435 nəfərlik Nümayəndələr Palatası sədr seçəndən sonra ilk qanunvericilik iclası üçün toplaşıb. And içən deputatların ilk işi respublikaçıların təqdim etdiyi, Assambleyanın yeni qaydalarını özündə əks etdirən əsasnaməyə səs vermək olub. Dəyişikliklərə qanun layihəsi təqdim edildikdən sonra səsvermə üçün 72 saat vaxtın nəzərdə tutulması, COVID-19 tədbirləri çərçivəsində qəbul edilən “səsvermə səlahiyyətinin verilməsi hüququ”nun ləğv edilməsi, xərcləri azaltmaq və federal hökumətin silahlanması ilə bağlı yeni komitənin yaradılması daxildir.

Yeni nizamnaməyə görə, Nümayəndələr Palatasının sədrini vəzifəsindən kənarlaşdırmaq üçün yalnız bir üzvün səsvermə çağırışı kifayət edəcək.

Bahadur Seyidov