Ozon təbəqəsi bərpa olunur
Birləşmiş Millətlər Təşkilatı ozon təbəqəsini qorumaq üçün səylərin nəticə verdiyini və bərpanın onilliklər ərzində baş verə biləcəyini açıqlayıb.
Demedia.az xəbər verir ki, açıqlamada qeyd edilir ki, 1987-ci ildə ozon təbəqəsini parçalayan kimyəvi maddələrin istifadəsinin dayandırılmasına dair razılaşma uğurlu nəticələr verir. Məlumata görə, hazırki səylər davam etdirilərsə 2066-cı ildə Antarktida üzərində, 2045-ci ildə Şimal qütbü üzərində və başqa yerlərdə ozon təbəqəsinin forması 1980-ci ildəki formaya qayıda bilər.
Qeyd edək ki, Günəşdən gələn ultrabənövşəyi şüaların böyük hissəsinin qarşısını alan ozon təbəqəsi 1970-ci illərdən nazikləşməyə başlayıb.
Bahadur Seyidov