SpaceX “OneWeb”in daha 40 internet peykini orbitə göndərdi



 18:32 10.01.2023     331

Kosmik nəqliyyat şirkəti SpaceX Londonda yerləşən rabitə firması “OneWeb”in daha 40 internet peykini orbitə göndərib.

Demedia.az xəbər verir ki, peyklər “Falcon-9” raketi ilə kosmosa göndərilib. Məlumata görə, peykləri daşıyan “Falcon-9” raketi Floridadakı “Cape Canaveral” Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb. Bildirilir ki, orbitə göndərilən yeni peyklər sayəsində “OneWeb”in internet xidmətinin keyfiyyəti artacaq. 

Qeyd edək ki, ötən ay “SpaceX” şirkəti “OneWeb”ə aid daha 40 internet peykini orbitə göndərmişdi.

Bahadur Seyidov