Rusiya Pakistana 300 min ton buğda göndərdi



 16:41 10.01.2023     330

Rusiya Pakistana 300 min ton buğda göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Pakistanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, yük Pakistanın Karaçi limanına çatıb. Bildirilir ki, Rusiya Pakistana daha 400 min ton buğda göndərəcək. Məlumata görə, Rusiyadan gətirilən buğda Pakistanda un problemini aradan qaldıracaq. Bildirilir ki, inflyasiya və iqtisadi problemlər səbəbilə Pakistanda unun 1 kiloqramının qiyməti 130 rupiyə çatıb.

Qeyd edək ki, bundan əvvəl Pakistan rəsmiləri  Rusiyadan 700 min tondan çox buğda idxal ediləcəyini bildirmişdilər.

Bahadur Seyidov