İsrail ordusu Livan sərhədini pozub



 17:45 10.01.2023     318

İsrail ordusu pilotsuz təyyarə və döyüş gəmisi ilə Livanın hava və dəniz sərhədlərini pozub.

Demedia.az xəbər verir ki, bu barədə Livan ordusu açıqlama verib. Ordu sərhəd pozuntuları ilə bağlı iki yazılı açıqlama verib. İlk açıqlamada İsrailə məxsus pilotsuz təyyarənin ölkənin cənubundakı Ramiyə və Mərvahin qəsəbələri arasında 20 dəqiqə uçduğu və daha sonra geri qayıtdığı qeyd edilib.  İkinci açıqlamada isə İsrailin döyüş gəmisinin ölkənin cənubundakı Ras Nakura sahillərində Livanın ərazi sularına daxil olduğu bildirilib.

Açıqlamada hər iki pozuntunun Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri ilə koordinasiyalı şəkildə müşahidə edildiyi vurğulanıb.

Bahadur Seyidov