Messiyə rekord təklif - Ronaldodan daha çox qazanacaq



 23:14 10.01.2023     591

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Lionel Messi üçün şok təklif gündəmə gəlib.

Demedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Əl Nəsr bir müddət əvvəl dünya ulduzu Kriştiano Ronaldonu heyətinə qatıb. İndi məlum olub ki, onun liqadakı əzəli rəqibi Əl Hilal super ulduz Lionel Messini transfer siyahısına əlavə edib. Səudiyyə Ərəbistanı komandasının Messi üçün ödəyəcəyi məbləği eşidənlər şoka düşüb.

Əl Hilalın Messi üçün təklifi Cristiano Ronaldonun rekord maaşından da yüksəkdir.

Aysun / Demedia.az