Türkiyənin haqlı təhlükəsizlik narahatlıqları var - Stoltenberq



 10:12 11.01.2023     324

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinin Türkiyənin təsdiqi ilə tamamlanacağına inandığını bildirib.

Demedia.az xəbər verir ki, Stoltenberq bildirib ki, Türkiyənin haqlı təhlükəsizlik narahatlıqları var və heç bir NATO müttəfiqi Türkiyə qədər terrordan əziyyət çəkməyib. İsveçin Türkiyənin bütün tələblərini yerinə yetirə bilməyəcəyinə dair iddialara münasibət bildirən Stoltenberq İsveçin və Finlandiyanın üçtərəfli memorandumda Türkiyə ilə əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılığa gəldiyini xatırladıb. Onun sözlərinə görə, İsveç və Finlandiya Türkiyə ilə daha çox məlumat və kəşfiyyat mübadiləsi üçün daimi mexanizm yaradıblar və terror təhlükələrinə qarşı daha yaxından işləyirlər.

Bahadur Seyidov