ABŞ-ın daha iki ştatında tiktokla bağlı qadağa tətbiq edildi



 12:29 11.01.2023     321

ABŞ-ın daha iki ştatında tiktokla bağlı qadağa tətbiq edilib.

Demedia.az xəbər verir ki, Nyu-Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlarda tiktoka giriş qadağan edilib. Nyu-Cersi qubernatoru Phil Murpfinin ofisindən bildirilib ki, tiktok Çin tərəfindən idarə edilən platforma olduğuna görə məlumatlar Çin hökumətinə təqdim edilə bilər. Bu da ölkənin milli təhlükəsizliyi üçün narahatlıq yaradır. Ohayo qubernatoru da tiktokla bağlı məlumat təhlükəsizliyinə və kibertəhlükəsizlik təhdidlərinə diqqət çəkib.

Çin isə ABŞ-ın narahatlıqlarını əsassız adlandırıb.

Bahadur Seyidov