Rusiyanın 2022-ci ildə büdcə kəsiri 3,3 trilyon rubl olub



 13:19 11.01.2023     367

Rusiyanın 2022-ci ildə büdcə kəsiri 3,3 trilyon rubl (təxminən 48 milyard dollar) olub.

Demedia.az xəbər verir ki, bu da ÜDM-in 2,3 faizini təşkil edir. Bu barədə maliyyə naziri Anton Siluanov Moskvada keçirilən hökumət iclasında açıqlama verib. O bildirib ki, keçən il büdcə gəlirləri gözləntilərdən çox olub. Yüksək enerji qiymətləri sayəsində neft və təbii qaz gəlirlərinin artdığını ifadə edən Siluanov bildirib ki, tələbatın mütəmadi artması ilə qeyri-neft və təbii qaz gəlirləri də artıb. O, 2022-ci ildə xərclərin artması ilə əlaqədar büdcədə kəsir yarandığını qeyd edib.

Rusiyanın Baş naziri Mixail Mişustin isə çıxışında 2022-ci ildə büdcə gəlirlərinin təqribən 28 trilyon rubl olduğunu ifadə edib. Onun sözlərinə görə, keçən il irimiqyaslı məsələlərin həlli üçün 31 trilyon rubldan çox büdcə xərcləri tələb olunub.

Bahadur Seyidov