Televizor izləyərkən üzərlərinə piton düşdü


Malaziyada bir ailə evdə televizora baxarkən qorxulu anlar yaşayıb.
Demedia.az xəbər verir ki, ailə üzvləri tavandan 3 metrlik piton ilanın düşdüyünü müşahidə edib. Məlumata görə, Saravak əyalətində baş verən hadisə ilə bağlı müvafiq quruma müraciət edilib. İlanı tutmaq üçün 4 nəfərdən ibarət qrup 3 saat vaxt sərf edib. Onlar tavandan düşərək mətbəxə keçən ilanı zərərsizləşdirə biliblər. 4 nəfərlik qrup 17 kiloluq ilanı xüsusi avadanlıq vasitəsilə evdən çıxararaq təbiətə buraxıb.
Retikulyar pitonlar dünyanın ən böyük ilan növü kimi seçilir. Onların uzunluğu 10 metrə çata bilir.
Bahadur Seyidov