ABŞ İrandan Yəmənə silah daşıyan gəmini saxladı



 16:32 11.01.2023     360

ABŞ donanması Oman körfəzində göyərtəsində 2000-dən çox avtomatın olduğu gəmini saxlayıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasından açıqlama verilib. Bildirilib ki, gəmi İrandan Yəmənə üzrmüş. Ehtimal edilir ki, silahlar Husi üsyançılarına göndərilirmiş. ABŞ rəsmisi bildirib ki, silahların daha əvvəl ABŞ donanması tərəfindən ələ keçirilən və İrandan Yəmənə göndərilən digər silahlarla oxşar olub.

Gəmi Yəməndəki husilərə qeyri-qanuni yüklərin daşınması üçün istifadə edilən marşrutla üzürmüş. Heyət üzvləri də Yəmənə üzdüklərini təsdiq edib. Məlumata görə, heyət üzvləri Yəmən hökumətinin nəzarətində olan bölgəyə geri qaytarılacaq.

Bahadur Seyidov