Şahzadə Harrinin qalmaqallı "Spare" kitabı satış rekordları qırır



 18:32 11.01.2023     441

Britaniyanın kral ailəsindən ayrılaraq ABŞ-a köçən şahzadə Harrinin qalmaqallı "Spare" kitabı satışa çıxarılıb.

Demedia.az xəbər verir ki, Londonda bəzi kitab mağazaları Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı qarşılamaq üçün gecə yarısı açılıb. Kitabı ilk əldə etmək istəyənlər Londonun Viktoriya stansiyasındakı kitab mağazasında növbəyə düzülüb. Britaniyanın "Waterstones" kitab mağazasından bildirilib ki, Harrinin kitabı son 10 il ərzində ən çox sifariş edilən kitablardan biri olub.

Qeyd edək ki, bundan əvvəl “The Guardian” qəzeti kitabın bəzi hissələrini ictimaiyyətlə paylaşıb.

Bahadur Seyidov