KOB Evi nədir?


Vətəndaşlar üçün Asan Xidmət nə qədər önəmlidirsə, sahibkarlar üçün KOB Evləri bir o qədər önəmlidir.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirli deyib.
O bildirib ki, çünki, KOB evləri sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu məkandır:
"İndiyə qədər Azərbaycanda iki rayonda - Xaçmaz və Yevlax KOB evləri fəaliyyət göstərirdi. Bu gün isə Prezident İlham Əliyev KOBİA-nın strukturuna daxil olan sayca 3-cü KOB evinin - “Bakı KOB evi”nin açılışını etdi. Burada sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək".
Xəyalə Məmmədova / Demedia.az