İçərisində 172 sərnişin olan təyyarədə ŞOK ANLAR - Bir anda başladı



 20:02 11.01.2023     551

ABŞ-ın Kaliforniya ştatındakı Con Ueyn hava limanında uçuş-enmə zolağına çıxan təyyarənin mühərriki yanıb. 

Demedia.az xəbər verir ki, 172 sərnişinin olduğu təyyarədən güclü tüstü qalxarkən həmin anlar bir sərnişinin mobil telefon kamerasına əks olunub.
ABŞ-ın Kaliforniya ştatındakı Con Ueyn hava limanında qorxu anlar yaşanıb. Atlantaya getmək üçün uçuş-enmə zolağında hərəkət edən Delta Hava Yollarına məxsus sərnişin təyyarəsində partlayış səsinin eşidildiyi, təyyarənin mühərrik hissəsindən alov və tüstü çıxdığı bildirilib. Bildirilir ki, pilot təyyarəni saxlayıb və sərnişinin sosial şəbəkədə paylaşdığı görüntüdə təyyarədən yüksələn qatı tüstü kameraya əks olunub. Bildirilib ki, yanğınsöndürmə briqadası yanğına müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib. Aviaşirkətdən verilən açıqlamada təyyarənin mühərrikində problem olduğu qeyd edilib.

Aysun / Demedia.az