Gözəlliyi ilə göz oxşayan aktrisa: "Bəzi şeylər puldan çox önəmlidir"



 21:01 11.01.2023     422

Komediya ustası Ata Dəmirerin həm ssenarisini yazdığı, həm də baş rolda oynadığı Hakan Algülün rejissorluq etdiyi “Bursa bülbülü” filminin ötən gecə xüsusi nümayişi baş tutub. 

Demedia.az xəbər verir ki, bir çox məşhur adın qatıldığı qalada Esra Bilgiç də olub. 

İstanbul Şehir Universiteti Hüquq fakültəsinin tələbəsi olan gözəl aktrisa bunları deyib:  

"Bəzi şeylər puldan çox önəmlidir. Uşaqlıq arzum idi hüquq fakültəsi. Çox gözəl bir axşam üçün buradayıq. Filmə baxacağıq, həyəcanlıyam. Treyler gözəl idi, göz qabağındadır ki, möhtəşəmdir. Mən artıq Ata Dəmireri sevirəm. Onunla böyümüş gənclərik. BKM artıq mənim evimdir. Karyera addımlarını burada atdım. Ona görə də bu gün filmə dəstək olmaq üçün buradayam".
Aktyor filmlərdə çəkilmək istədiyini bildirən 30 yaşlı aktrisa əlavə edib: "Qəhrəman obrazını canlandırmaq istəyirəm. Hələlik kino təklifi yoxdur, amma belə bir rəqəmsal layihədə olmaq istərdim".

Aysun / Demedia.az