Nazarbayevə verilən status və səlahiyyətlər ləğv edildi



 10:22 12.01.2023     331

Qazaxıstanın Konstitusiya Məhkəməsi keçmiş prezident Nursultan Nazarbayevə verilən status və səlahiyyətləri özündə əks etdirən qanunun ləğv edilməsini təsdiqləyib.

Demedia.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin yazılı açıqlamasında deyilir. Açıqlamada deyilir ki, qərar 2022-ci il iyunun 5-də keçirilmiş referendumun nəticələri əsasında qəbul edilib. "Qazaxıstan Respublikasının ilk Prezidenti haqqında yenilənmiş Konstitusiyada etibarlı sayılacaq heç bir hüquqi əsas yoxdur və bu səbəbdən etibarsız sayılmalıdır” - açıqlamada deyilir.

Qərarə əsasən Nazarbayevin Konstitusiya ilə təmin edilmiş toxunulmazlıq hüququ ləğv edilməyəcək. Lakin onun ailəsi toxunulmazlıq hüquqlarını itirəcək.

Bahadur Seyidov