Yaşamaq üçün əlverişli şəraitin olduğu planet kəşf edildi



 18:32 12.01.2023     412

NASA Yerdən təqribən 100 milyon işıq ili uzaqlıqda yaşamaq üçün əlverişli şəraitin olduğu planet kəşf edib.

Demedia.az xəbər verir ki, ekzoplanetin həcmi Yer qədərdir. Açıqlamaya görə, "TOI 700 e" adlandırılan ekzoplanet öz orbitindəki ulduzdan planetin səthində suyun mövcud olmasına imkan verəcək məsafədə yerləşir.

Qeyd edək ki, mütəxəssislər daha əvvəl "TOI 700" adlı sistemdə "TOI 700 b, c və d" adlı üç ekzoplanet aşkar etmişdilər. Yeni tapıntılar Amerika Astronomiya Cəmiyyətinin Vaşinqton ştatının Sietl şəhərində keçirilən 241-ci illik toplantısında paylaşılıb.

Bahadur Seyidov