Keniyada 4 milyondan çox insanın təcili ərzaq yardımına ehtiyacı var



 11:24 12.01.2023     321

Keniyada 4 milyondan çox insanın quraqlıq səbəbindən təcili ərzaq yardımına ehtiyacı var.

Demedia.az xəbər verir ki, bu barədə Keniya hökumətinin Şərqi Afrika Birliyi üzrə nümayəndəsi Rebekka Miano belə deyib. O bildirib ki, ölkədəki quraqlıq qida tədarükünə pis təsir edib. Ölkənin bir çox bölgəsinin quraqlıqdan əziyyət çəkdiyini qeyd edən Miano, yağışlı mövsümlərin müddətinin qısa olmasının qida böhranını daha da artırdığını ifadə edib. Miano əlavə edib ki, onlar ərzaq böhranı ilə mübarizə aparmaq üçün müxtəlif qurumlarla əməkdaşlıq edirlər.

Qeyd edək ki, Keniya, Somali və Efiopiyada 36 milyondan çox insan quraqlıqdan əziyyət çəkir.

Bahadur Seyidov