Rusiya və İordaniya Suriya məsələsini müzakirə etdi



 12:33 12.01.2023     310

Rusiya və İordaniya rəsmiləri Suriyanın cənubunda təhlükəsizliyin təmin edilməsini və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələsini müzakirə ediblər.

Demedia.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, İordaniya Xarici İşlər naziri Ayman əs-Safedi paytaxt Əmmanda Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Ölkəsinin narkotik qaçaqmalçılığı və terror təhlükəsi ilə üzləşdiyini qeyd edən Safedinin sözlərinə görə, bu təhdidlərlə mübarizə aparmaq üçün hər cür tədbir görülüb. Diplomat xüsusilə Suriyanın cənubunda sabitliyin təmin edilməsi üçün Rusiya ilə əməkdaşlıq etməyə çalışdıqlarını qeyd edib.

Putinin Suriya üzrə xüsusi nümayəndəsi Lavrentyev də İordaniyanın suriyalı qaçqınlara ev sahibliyi etməsini, eləcə də Suriyadakı böhranın siyasi həllinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Bahadur Seyidov