Putin niyə hər səhər düyü sıyığı yeyir? - Maraqlı faktlar



 21:31 12.01.2023     890

Vladimir Putin səhərlər düyü sıyığı, arada buğda sıyığı yeyir.

Demedia.az xəbər verir ki, bunu Rusiya prezidentinin şef-aşpazı Anatoliy Qalkin bildirib.

O deyir ki, Putin eləcə də bəzən səhərlər çiy bildirçin yumurtası içir:

"Meyvələrdən az yesə də, quru meyvələr həmişə masada olmalıdır. Putin qara kürüdənsə, qırmızı kürüyə üstünlük verir. Onun yemək masası arxasında fotolarının çoxunda qırmızı kürü masada görünür. Prezident sadə insanlarla və xüsusi görüşlərdə nahar edərkən mütləq borş, salo və pomidor, balıq buğlaması sifariş edir. Bununla o, rus mətbəxini təbliğ edir. Qırmızı ətdənsə, Putin balıq və quzu ətinə üstünlük verir. Şirniyyatı sevmir, konfet, tort, şokolad demək olar yemir, bircə dondurmadan başqa. Ümumiyyətlə, Putin mədəyə ağırlıq etməyən, tez həzm olunan, lakin uzun müddət toxluq verən menyu seçib. O, Çörəyi az yeyir, çörək yalnız tam taxıldan olmalıdır, kompot, kisel, təmiz meyvə, giləmeyvə likörü, bitki çayı, yalnız yaşıl çay içir.Prezident ümumiyyətlə, təzə, sağlam nə yemək oldu yeyir, xüsusi qadağası yoxdur, yeməyə çox vaxt sərf etmir".

Xəyalə Məmmədova / Demedia.az