Beynin qavrama qabiliyyətini artırır, təbii antioksidantdır - MÖCÜZƏVİ BİTKİ



 20:34 12.01.2023     1039

Rozmarin yeməkdə geniş istifadə olunur. Rozmarin əlavə edilmiş yemək həzm prosesində problem yaratmır. Tərkibində yüksək miqdarda qida və vitamin olduğu üçün fiziki dözümlülüyü artırmağa kömək edir.

Demedia.az xəbər verir ki, həkimlər yeməkdən daha çox, bu bitkinin çayını insanlara tövsiyyə edir.

Rozmarin çayı həzmə kömək etməklə yanaşı beynin qavrama qabiliyyətini artırır. O, Təbii antioksidant mənbəyidir. Ona görə də bədəni xərçəng və ürək xəstəliklərindən qoruyur. Tərkibindəki maddələr sayəsində immunitet sistemini gücləndirir və qan dövranını yaxşılaşdırır. Elm adamları rozmarinin beyin üçün çox faydalı bir bitki olduğunu bildirirlər. Çünki rozmarinin zəngin tərkibi yaddaşı gücləndirir. Rozmarin çayı beyinə gedən qan miqdarını artırır. Bu da alzaymer xəstəliyinin qarşısının alınmasına kömək edir. Rozmarinin beynin yaşlanmasının qarşısını aldığı elmi şəkildə sübut edilib. "Journal of Medicinal Food" jurnalında 2010-cu ildə yayımlanan araşdırmanın nəticələrinə görə mütəmadi olaraq kiçik dozalarda qəbul edilən rozmarin yaşlı insanlarda yaddaş qabiliyyətinin möhkəmlənməsinə yaxşı təsir edir. Rozmarinin faydaları bununla bitmir. Qan və döş xərçənginə qarşı da ən təsirli dərmanlardan biri gesab edilir. Çünki rozmarinin tərkibindəki maddələr bu xərçəng növlərinə səbəb olan hüceyrələri öldürür. Elmi araşdırmalara davam etdikcə bu möcüzəvi bitkinin yeni yararlı xüsusiyyətləri də ortaya çıxmağa başlayır. Belə ki, rozmarin çayının təkibindəki karnosik adlı turşunun göz sağlamlığı üçün çox yararlı olduğu aydınlaşdırılıb. Rozmarindən gözəllik proseduralarında da istifadə etmək olar. Amerika Tibb Assosiasiyasının Dermatologiya jurnalında yayımlanan elmi məqalədə rozmarin yağının qadınların ən böyük kabusu olan saçqıranlardan xilas olmağa kömək etdiyi bildirilir. Saçqıranlardan təmizlənən saç daha tez uzanır və sağlam görünür. Rozmarin yağını saç diblərinə çəkib 1 saat gözlədikdən sonra ilıq su ilə yumaq lazımdır. Həmçinin bu bitkinin çayı ilə saçı yaxalamaq da faydalıdır. Təbii şəkildə yetişmiş bu bitkini qurudub qışa da saxlamaq mümkündür. Təzə və yaxud qurudulmuş kimi hər iki halda istifadə olunur. Şüşə balonda hava keçirməyən, nəm və işıq düşməyən yerdə saxlanmalıdır. Bu şəkildə mühafizə olunan bitkini 6 ay saxlamq mümkündür. Bu müddət ərzində istifadə isə daha faydalıdır. Rozmarin çayı necə dəmlənir? Böyük bir fincan qaynar suya bir çay qaşığı rozmarin əlavə edib 10 dəqiqə gözləyin. Ətri kəskin olsa da onun faydalarını yada salaraq içməkdən vaz keçməyin. Dadlandırıcı olaraq müxtəlif ədviyyat, meyvə ya da baldan istifadə etmək olar. Hazırladığınız çaydan gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin. Lakin bu çayı gün ərzində çox içmək olmaz. Əks halda zəhərlənmə olacaq. Buna görə də hamiləlik və süd vermə dönəmində sözügedən bitkinin çayını çox içmək məsləhət deyil. Bu çaydan epilepsiya xəstələrinə içmək olmaz. Çünki epilepsiya tutmalarına təkan verir. Yüksək təzyiq xəstələri də ehtiyatlı olmalıdır. Rozmarin çayının xora və kolit xəstəliyi olanlara mənfi təsiri etmək ehtimalı var. Bəhs etdiyimiz problemlərdən hər hansı biri sizdə varsa, rozmarindən qəti sürətdə uzaq durun.

Xəyalə Məmmədova / Demedia.az