Dinozavrların Kralı öz dövrünün Eynşteyni olub?



 23:15 12.01.2023     536

Dinozavrların Kralı öz dövrünün Eynşteyni olubmu?

O, problem həll etmək bacarığına və mədəni düşüncəyə malik idi.
 Tyrannosaurus Rex (T.Rex və ya daha çox məşhur T-Rex) haqqında düşünəndə siz ağacların arasından qaçaraq ovunu vəhşicəsinə parçalayan dinozavrın şəklini görə bilərsiniz. Lakin dinozavrın dostları ilə dinc ünsiyyətdə olarkən cəsədi xırdalamaq üçün bıçaq çıxarıb qucağına salfet qoyması reallığa daha yaxın ola bilər. Çünki ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırma T.Reksin müasir primatlar kimi beyin neyronlarına malik ola biləcəyini ortaya çıxarıb.
T.Rekslərin müasir primatlarla eyni sayda beyin neyronlarına sahib olması onların problemləri həll etmək, alətlər istehsal etmək və mədəni fəaliyyətlərlə məşğul olmaq qabiliyyətinə malik olması deməkdir.

Aysun / Demedia.az