Yaponiya adada hərbi baza inşa edir
Yaponiya hökuməti ölkənin cənub-qərbindəki kimsəsiz adada hərbi baza inşa edir.
Demedia.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindən açıqlama verilib. Bildirilib ki, 8 kvadrat kilometrlik adada müdafiə qüvvələri yerləşdiriləcək. Plana əsasən, adada ilk olaraq uçuş-enmə zolağı və sursat anbarları yaradılacaq.
Bazadan Sakit okeanı bölgəsindəki İvoto adasında yerləşən ABŞ-ın döyüş təyyarələri üçün təlim meydançası kimi istifadə olunacaq. Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazunun açıqlamasına görə, hərbi baza ABŞ-ın təyyarədaşıyan gəmilərinin Asiya-Sakit Okean hövzəsində yerləşdirilməsi üçün "vacib" olacaq.
Bahadur Seyidov