Ukraynadakı hədəflər dəyişməyib - Peskov



 17:25 12.01.2023     302

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı qoşunların rəhbəri təyin edilməsi Moskvanın hədəflərini dəyişməyib.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə deyib. O bildirib ki, Ali Baş Komandan yeni hədəflərdən bəhs etməyib. Əvvəlki bütün hədəflər gündəmdə qalır. Ukrayna ilə Rusiya arasında gərgin qarşıdurmaların davam etdiyi Donetsk vilayətinin Soledar şəhərindəki vəziyyəti dəyərləndirən Peskovun sözlərinə görə, Soledarda çox böyük işlər görülüb.

“Bu işlər davam edəcək. Həyatını itirən qəhrəmanlarımızı xatırlayacağıq. Amma qarşıda hələ çox iş var. Dayanmaq vaxtı deyil. Əsl iş hələ qabağdadır" - Peskov deyib.

Bahadur Seyidov