ABŞ-dan Gerasimovun təyinatına reaksiya



 13:38 13.01.2023     305

“Rusiya daim komandirləri dəyişdirərək fərqli nəticələr əldə etməyə çalışır. Bu, dəlikdir”.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə açıqlama verib. Baş Qərargah rəisi Valeri Gerasimovun Rusiyanın Ukraynadakı ordusuna komandir təyin edilməsi ilə bağlı sualını cavablandıran Prays bildirib ki, bu təyinatın məqsədlərini Moskvadan soruşmaq lazımdır.

"Bizim nöqteyi-nəzərimizdən bu, mənə dəliliyi xatırladır, yəni fərqli nəticə əldə etmək üçün eyni şeyi təkrar-təkrar etmək. Rusiya hər dəfə daha yüksək rütbəli, daha təcrübəli, bəlkə də daha nüfuzlu komandirlər təyin edir. Lakin nəticə eyni olur” – Prays deyib.

Bahadur Seyidov