Cənubi Koreyadan Pxenyana nüvə mesajı



 15:24 13.01.2023     320

Koreya yarımadasında gərginliyin artdığı bir vaxtda Cənubi Koreyadan diqqətçəkən açıqlama gəlib.

Demedia.az xəbər verir ki, Cənubi Koreya rəhbərliyi ilk dəfə olaraq nüvə silahı əldə etmək istəməsi barədə mesaj verib. Cənubi Koreyanın xarici işlər və müdafiə rəsmiləri ilə görüşən Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin nüvə silahı əldə edə biləcəyini deyib. O bildirib ki, ölkəsinin qabaqcıl texnologiyasından nüvə silahının hazırlanmasında istifadə edilə bilər.

Prezidentin sözlərinə görə, Şimali Koreyanın nüvə təhlükəsi artarsa, Cənubi Koreya da öz nüvə silahını əldə edə bilər.

Bahadur Seyidov