Yaponiya və Kanadadan Çinə qarşı həmlə



 18:31 13.01.2023     323

Yaponiyanın Baş naziri Kişida Ottava şəhərində Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.

Demedia.az xəbər verir ki, Yaponiya və Kanadanın baş nazirləri təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər. İki ölkənin Çinin Hind-Sakit Okean hövzəsində nüfuzunun artdığı bir vaxtda belə həmlə etməsi diqqət çəkib. Kişida görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Çin həm Yaponiya, həm də Kanada üçün əsas məsələdir. O, Cənubi Çin dənizi və Şərqi Çin dənizində status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinə qarşı çıxacaqlarını bildirib.

Trüdo isə qeyd edib ki, Kanada noyabr ayında elan etdiyi yeni Hind-Sakit Okean strategiyasında regional təsirini artıran Çini “getdikcə dağıdıcı qlobal güc” kimi təsvir edib.

Bahadur Seyidov