İzlənmə rekordları qıran video: Sibir deyil...



 23:18 13.01.2023     667

Türkiyənin Ərdahan bölgəsində çəkilən görüntülər sosial mediada gündəm olub.

Demedia.az xəbər verir ki, görüntülərdə havaya atılan qaynar suyun buz dənəsi kimi yerə düşməsi əks olunub.

Sibir soyuğunun təsiri altına düşən Ərdahan az qala buz bağlayacaqdı. Gecələr soyuq havanın mənfi 20 dərəcə olduğu Ərdahanda havaya səpilən qaynar su buz hissəcikləri kimi yerə düşüb. Həddindən artıq soyuğun təsirli olduğu şəhərdə gündəlik həyat iflic olub. 
Dünən gecə şəhərdə ən aşağı temperatur 24 dərəcə şaxta Ərdahanın Gölə rayonunda olub. 

Aysun / Demedia.az