Buna da GÖRDÜK: Razılaşma olmadı, ev yolun ortasında qaldı



 21:05 13.01.2023     581

Türkiyədə inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Elazığda məhəllədə bələdiyyənin yol planında Muhammet Aksuoğluna məxsus 600 kvadratmetrlik ev planal edilib. 

Aksuoğlu təxminlərdə fikir birliyi olmadığı üçün evini satmamaq qərarına gəlib. İşlər bitəndə ev yolun ortasında qalıb.
Mərkəzə bağlı olan Çatalçeşme Məhəlləsində yol tikintisinə təxminən 1 il əvvəl başlanılıb. Bina sahiblərinin əksəriyyəti ilə razılaşma əldə olunarkən, 600 kvadratmetrlik evi marşrutun üstündə olan Muhammet Aksuoğlu (38) bələdiyyə ilə razılığa gələ bilmədiyi üçün evi satmamaq qərarına gəlib.
Bu müddətdə yolun tikintisi davam etdirilib. İşlər bitəndə Aksuoğlunun evi yolun ortasında olub. Hadisə ədliyyəyə daşınarkən, yolda nəqliyyat tək zolaqdan təmin edilməyə başlanıb.
Ev sahibi Muhammet Aksuoğlu yola qarşı olmadıqlarını bildirərək, "Anam və bacımın gedəcəyi başqa ev yoxdur. O zaman dedik ki, bizə qiymət təyin olunsun:
"Biz də gedib ev alaq. Yol da tikilsin. Ancaq dediklərimiz alınmadı. Son qiymətləndirmədə, 600 kvadrat metrlik torpağımız 3-ə bölünüb 30 faizi özgəninkiləşdirilib.Bizə ayrı-ayrı yerlərdə 120, 180 və 70 kvadratmetr torpaq verilir. Onlarla bağlı heç nə yoxdur. Biz bunu edə bilmərik. Bələdiyyə olsa, yola qarşı deyilik. Hal-hazırda məhəllə sakinləri də bizimlə birlikdə zərərçəkəndirlər. Yol bitəndə qaz gələcək, bəzi xidmətlər gedəcək. Artıq məhkəmədəyik.Bu məsələ həll olunsun".

Aysun / Demedia.az