"Rusiyaya qarşı sanksiya siyasəti yanlışdır"
“Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiya siyasəti yanlışdır və onu dəyişməlidir”.
Demedia.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə açıqlama verib. O bildirib ki, Rusiyaya qarşı sanksiyaların qaldırıldığı təqdirdə inflyasiya yarıya qədər azalacaq. Orbanın sözlərinə görə, Macarıstanın daha əvvəl 7 milyard avro ödədiyi xərcləri indi 17 milyard avroya çatıb.
Müharibə və sanksiyalar səbəbiylə avropalıların böyük itki verdiyini deyən Orban bildirib ki, müharibədə ABŞ qalib gəlib, Avropa isə uduzub.
Bahadur Seyidov